• info@taqwa-travel.az
Awesome Image
  • Günəşin çıxması: 7:20 AM
  • Günəşin batması: 18:50 PM
  • +(994 50) 775 00 88

FAQ’S

Tez-tez verilən suallar

  • Həcc və Ümrə Arasındakı Fərq Nədir?
    Həcc, həcc ayları deyilən zaman içində edilən bir ibadətdir. Həcc ayları Hicri təqvimə görə Şəvval və Zilkadə ayları ilə Zilhiccə ayının ilk on günüdür. Həcc, bu aylar içində ümrəsiz də edilə bilər, ümrə ilə birlikdə də edilə bilər. Həccin ümrəsiz ya da ümrə ilə birlikdə edilməsinə həccin əda şəkilləri deyilir. Həccin zamanı, həcc ayları deyə adlandırılan; Şəvval, Zilkadə və Zilhiccə aylarıdır.” İfadəsi, “Həcc müəyyən aylardır”(Bəqərə, 2/197) tərcüməsindəki ayənin bir şərhi mahiyyətindədir. Həcc vəzifəsi, ehrama girməklə başlar. Bunun başlanğıcı isə Şəvval ayıdır.Bir kimsə Şəvvalda ehrama girib Zilhiccənin 10-cu (və ya 13.) gününün axşamına qədər, həccin qaydalarını tamamlaya bildiyi üçün, bu aylara həcc ayları deyilmişdir. Yəni bu aylara Həcc ayları deyilməsinin səbəbi, həccin ilk şərti / rüknü olan ehramın ancaq bu aylarda geyilməsinin nəzərdə tutulmuş olmasıdır. Bu aylardan əvvəl ehrama girmək, Hənəfi və Hanbəlilərə görə məkruhdur. Bu mövzuda Buxari`nin İbn Abbas`dan rəvayət etdiyi bu hədis-i şərif alimlərin bu görüşlərində təsirli olmuşdur. “Həcc ayları xaricində ehrama girməmək sünnətdəndir.” (Bax. Zuhayli, əl-Fıkhu’l-İslamî, 3 / 64-65). Şafiilərə görə isə, həcc ayları xaricində alınan söz mövzusu ehram həcc üçün deyil, ümrə üçün etibarlı olar. Çünki, “Həcc müəyyən aylardır” (Bəqərə, 2/197) ayəsi, həcc üçün müəyyənləşdirilmiş aylar xaricində ehrama girilə bilməyəcəyini ifadə edir. (bax. a.k.y; Muğni möhtac, 1/471, Muhazzeb, 1/200). Ümrə, müəyyən bir vaxta bağlı olmadan, üsuluna görə ehrama girdikdən sonra təvaf edərək Kəbəni ziyarət etmək və digər bəzi dini vəzifələri yerinə yetirmək surətiylə edilən ibadətdir.
Awesome Image

Əlavə sualınız olarsa, yardım xəttimizlə əlaqə saxlaya bilərsiniz

+(994 50) 775 00 88
azAzerbaijani