• info@taqwa-travel.az
Awesome Image
  • Günəşin çıxması: 7:20 AM
  • Günəşin batması: 18:50 PM
  • +(994 50) 775 00 88

Həcc ziyarəti

Həcc ziyarəti

Biz “Taqwa travel” şirkəti olaraq hicri təqvimlə Zilhiccə ayında Həcc ziyarəti təşkil edirik.

Taqwa-travel haqqında

Təqva travel şirkəti 2022 ci ildə Ramil Ağayev tərəfindən təsis edilmişdir. Şirkət Məkkə və Mədinə şəhərinə ziyarətlər təşkil edir.  Şirkətin əsas məqsədi islam dininə uyğun həcc və ümrə ziyarətləri təşkil etməkdir. Təşkil edilən ziyarətlərə bələdçilik edən şəxslər Mədinə İslam Universitetinin məzunlarıdır.

Həcc

Həcc – möhtəşəm bir ibadətdir və Peyğəmbərimizin buyurduğu kimi ‘Allah tərəfindən qəbul olunmuş həcc’in mükafatı yalnız Cənnətdir’. Müxtəlif simvolik əməlləri özündə cəm edən bu ibadət, böyük bir mənəvi məktəbdir.

Həccin rükunları

  • 1. Niyyət etmək: Uca Allah buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha — dini yalnız Ona məxsus edərək ibadət etsinlər…»[1]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Həqiqətən əməllər niyətlərə görədir»
  • 2. Ərəfada dayanmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Həcc, ərəfada dayanmaqdır»[3]. Həmçinin Urvə ət-Taiy (Allah ondan razı olsun) deyir ki, Muzdəlifədə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldim və o namaza gələrkən dedim: Ey Allahın elçisi, mən Tay dağından gəlmişəm. Miniyimi çapıb, nəfsimi yorub gəlmişəm. Allaha and olsun, qarşıma çıxan hər təpənin üzərində dayanmışam. Mənim həccim məqbuldurmu? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Kim bizim qıldığımız bu namazı qılsa və biz yola düşənə qədər burada gözləsə, ondan qabaq da günüz və ya axşam vaxtı Ərəfada dayanıbsa həcci tamamlanmış, borcunu başdan etmişdir
  • 3. Sübh açılana qədər Muzdəlifədə gecələmək və sübh namazını orada qılmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ötən hədisdə Urvəyə (Allah ondan razı olsun) belə demişdi: «Kim bizim qıldığımız bu namazı qılsa və biz yola düşənə qədər burada gözləsə, ondan qabaq da günüz və ya axşam vaxtı Ərəfada dayanıbsa həcci tamamlanmış, borcunu başdan etmişdir».
  • 4. İfadə təvafı: Uca Allah buyurur: «…qədim evi (Kəbəni) təvaf etsinlər!»[6] Aişə (Allah ondan razı olsun) deyir ki, Səfiyyə bint Huyey[7] ifadə təvafından sonra aybaşı olmuşdu. Mən bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdum və o dedi: «O bizi burada saxlamaq istəyir?» Mən dedim: Ey Allahın elçisi, o, ifadə təvafını edib və bundan sonra aybaşı olub. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Elə isə (evinə-eşiyinə) yola düşsün». Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «O bizi burada saxlamaq istəyir?» – sözləri dəlalət edir ki, bu təvaf mütləq edilməlidir. Belə ki, bu təvafı etməyən insan Məkkədən çıxa bilməz. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «O bizi burada saxlamaq istəyir?» – sözləri dəlalət edir ki, bu təvaf mütləq edilməlidir. Belə ki, bu təvafı etməyən insan Məkkədən çıxa bilməz.
  • 5. Səfa və Mərva arasında səy (təvaf) etmək: Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə səy etmiş və demişdir: «Səy edin, Allah sizə səy etməyi vacib etmişdir»
Awesome Image

Biz həmişə çalışırıq ki, müsəlmanlara
xeyir işlərdə yardımçı olaq

azAzerbaijani