• info@taqwa-travel.az
Awesome Image
  • Günəşin çıxması: 7:20 AM
  • Günəşin batması: 18:50 PM
  • +(994 50) 775 00 88

Ümrə ziyarəti

Ümrə ziyarəti

Biz  “Taqwa travel” şirkəti olaraq hicri təqvimlə Zilhiccə ayı istisna olmaqla, ilin bütün aylarında Ümrə ziyarətləri təşkil edirik.

Taqwa-travel haqqında

Təqva travel şirkəti 2022 ci ildə Ramil Ağayev tərəfindən təsis edilmişdir. Şirkət Məkkə və Mədinə şəhərinə ziyarətlər təşkil edir.  Şirkətin əsas məqsədi islam dininə uyğun həcc və ümrə ziyarətləri təşkil etməkdir. Təşkil edilən ziyarətlərə bələdçilik edən şəxslər Mədinə İslam Universitetinin məzunlarıdır.

Ümrə

Ümrə, ən şərəfli və ən əfzəl ibadətlərindəndir. Belə ki, bu ibadətlə Allah təalə bəndələrinin dərəcələrini yüksəldər, günahlarını əfv edər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də söz və əməllə insanları bu ibadətə təşviq etmiş və demişdir: «Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir»

Həmçinin digər hədisdə deyilir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur»

Eləcə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü ümrə etmiş, səhabələri də onunla bərabər sağlığında həcc etmiş və bundan sonra da onu davam etdirmişlər.

Ümrənin rükunları:

  • 1. İhram: Bu, ümrəyə başlamaq üçün niyyət etməkdir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Həqiqətən əməllər niyətlərə görədir»
  • 2. 3. Təvaf və səy etmək: Uca Allah buyurur: «…qədim evi (Kəbəni) təvaf etsinlər!»[5] Digər ayədə isə buyurulur: «Həqiqətən Səfa və Mərva Allahın əlamətlərindəndir (ibadət nişanə­lərindən­dir)…»[6]. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də demişdir: «Səy edin, Allah sizə səy etməyi vacib etmişdir»
  • 4. Saçı qırxmaq və ya qısaltmaq: Demək İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə, qurbalığını daşımırsa onda Kəbəni təvaf edib, Səfa və Mərva dağlarını səy etdikdən sonra saçını qısaldıb ehramdan çıxsın»
Awesome Image

Biz həmişə çalışırıq ki, müsəlmanlara
xeyir işlərdə yardımçı olaq

azAzerbaijani